News
Photo
Parisdə YUNESKO ilə Azərbaycan arasında elm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub
Nov 10, 2017 | 11:33 / Meetings
Read 217 time (-s)

Fransanın paytaxtı Paris şəhərində keçirilən YUNESKO-nun Baş konfransının 39-cu sessiyası işini davam etdirir.

Tədbir çərçivəsində qurumun elm komissiyasının iclaslarında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov ölkəmizlə qurum arasında elm sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün təbii elmlər sektorunun nümayəndələri ilə görüşlər keçiriblər.

Təbii elmlər sektorunun icraiyyə ofisinin rəhbəri Kristof Vandenberg ilə görüşdə Dilqəm Tağıyev həmsöhbətinə ölkəmizin zəngin geoloji irsi, qoruqları haqda məlumat verib. Söhbət zamanı Azərbaycan alimləri tərəfindən hazırlanmış nəşrlər təqdim edilib, həmçinin YUNESKO Qlobal Geoparklar və İnsan və Biosfera proqramları çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Kristof Vandenberg YUNESKO-nun Azərbaycan ilə elm sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduğunu bildirərək, əməkdaşlıq imkanlarının gücləndirilməsi üçün vacib istiqamətlərdən danışıb və təqdim edilən məlumatlarla diqqətlə tanış olacağını vurğulayıb.

Beynəlxalq Geologiya və Geoparklar Proqramının katibi, YUNESKO-nun Yer Elmləri və Geoloji Təhlükələr Riskinin Azadılması Şöbəsinin rəhbəri Patrik Mak Kiver ilə görüşdə D.Tağıyev yer elmləri sahəsində görülən işlərdən, ölkəmizin geoloji irsindən söz açıb. Azərbaycan ərazisində yerləşən geoloji irsin YUNESKO-nun “Qlobal Geopark” statusunu əldə etməsi üçün lazımi prosedur qaydaları ilə maraqlanıb.

P. M. Kiver Azərbaycanda YUNESKO qlobal geoparkının yaradılması üçün tələb olunan meyarlar və prosedur qaydaları haqqında ətraflı məlumat verib, təşkilatın ölkəmiz ilə yer elmləri sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

JOURNALS
Useful links