News
Gümüş və qrafendən elastik bir sensor ekranı yaratdılar
Nov 01, 2017 | 14:31 / Interesting information
Read 4523 time (-s)

Sasseks Universitetinin alimləri aşkar etdilər ki, bir qat karbon atomlarından hazırlanmış material olan qrafenin gümüş nanotellərlə uzlaşması elastik yarımkeçirici örtük almaga imkan verir. Belə bir elastik  material üçün qoruyucu şüşə tələb olunmur.

Gümüş nadir və bahalı bir metal olmagına baxmayaraq ondan çox az miqdar tələb olunur. Örtüyün əsas "tərkib hissəsi" qrafendir və tədqiqatçıların fikrincə onun qiyməti getdikcə düşür. Qrafenin gümüş nanotellərə əlavə edilməsi materialın elektrik keçirməsini on dəfə artırır.

Tədqiqat Amerika kimya cəmiyyətinin Langmuir jurnalında dərc edilib.

JOURNALS
Useful links