News
Photo
“Oksidləşdirici heterogen kataliz” şöbəsinin hesabatı dinlənildi
Oct 25, 2017 | 12:50 / Conferences, assemblies
Read 7150 time (-s)

Bu gün İnstitutun Elmi Şurasında  şöbə və  laboratoriyalar üzrə elmi və elmi - təşkilatı hesabatların dinlənilməsi davam edib. AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək  bildirdi ki, bu gün “Oksidləşdirici heterogen kataliz” şöbəsinin hesabatı dinləniləcək. Sonra qeyd olunan şöbəyə daxil olan “Seolit  katalizi”, “Ekoloji  kataliz“  və  “Katalizatorların hazırlanması”   laboratoriyalarının rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan aparıcı elmi işçilərin 2017- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar haqqında tövsiyələrini bildirdi. Sonda hesabatların qəbul olunması haqqında qərar vedildi. 

JOURNALS
Useful links