News
Mərkəzi Elmi Kitabxanasında Alqimantas Liyekisin litva və rus dillərində çap olunmuş “Millətlərin Qafqazda köçü 20 əsr” və Qintaras Visotskasın litva dilində işıq üzü görmüş “Qara Bağın Faciəsi” kitablarının təqdimatı keçirilmişdir
Mar 15, 2017 | 12:58 / Publications
Read 5150 time (-s)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında AMEA Mərkəzi Elmi Kitabxanasının və Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Alqimantas Liyekisin litva və rus dillərində çap olunmuş “Millətlərin Qafqazda köçü 20 əsr” və Qintaras Visotskasın litva dilində işıq üzü görmüş “Qara Bağın Faciəsi” kitablarının təqdimatı  keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA-nın İctimai Elmlər  Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova təqdimatı keçirilən kitabların  əhəmiyyətindən, Litva və Azərbaycan əlaqələrindən danışdı.Sonra kitabların müəllifləri, Azərbaycan-Litva parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə və AMEA-dan olan alimlər çıxış etdilər. Daha sonra  Mərkəzi  Elmi Kitabxananın “Akademiklərin  zalında”  diplomatik nümayəndəliklər üçün yaradılmış güşəyə baxış keçirildi.

JOURNALS
Useful links