Xəbərlər
Benzoldan mahiyyətcə yeni nanoboru aldılar
Yan 22, 2019 | 11:20 / Maraqlı məlumatlar
Oxunub 3604 dəfə

Yapon kimyaçıları benzolun siklik üzvü molekullarından yeni növ nanoborular aldılar. Onlar nizamlı düzülmüş qüsurlara malikdirlər, bu isə onların xüsusiyyətlərində müvəffəqiyyətlə özünü göstərə bilər və sintezi asanlaşdırar.

Tokio Universitetindən Xoroyuki İsobenin rəhbərlik etdiyi yeni işdə siklik benzol molekulundan (C6H6)  alınan yeni növ nanoboruların sintezi barədə danışılır. Yeni molekulun alınması 9 mərhələdə: ucuz başa gələn dibronbenzoldan siklometafenilen vasitəsi ilə (2 hidrogen əvəzinə 2 brom atomlu benzol) C304H264 formullu molekulu son molekula qədər baş verir. Yeni əmələ gəlmiş molekulların əsas xüsusiyyətləri ondan ibarətdir ki, onlar eynidir və onlarda məsamələr qaydaya düşmüş vəziyyətdədir. Həmçinin, nanoborunun özü diametrdə olduqca böyükdür, çünki onun həcminin 63%-i boşluqdur. Müəlliflər bu molekulun içərisində fulleren C70 molekullarını yerləşdirərək bu xüsusiyyəti təsdiq etdilər.

Nəticələr Science jurnalında çap olunub.

JURNALLAR
Faydalı linklər