Xəbərlər
İnstitutun əməkdaşlarının "Physicochemical Aspects of Development of Multicomponent Chalcogenide Phases Having the Tl5Te3 Structure: A Review" məqaləsi Impakt Faktorlu (CA) "Russian Journal of Inorganic Chemistry" jurnalında dərc olunmuşdur
Dek 17, 2018 | 13:30 / Konfranslar, iclaslar
Oxunub 3908 dəfə

Tl5Te3 birləşməsinin və onların əsasında çoxkomponentli fazaların üçlü struktur analoqları ilə bağlı ədəbiyyat materialları sistemləşdirilmişdir. Termoelektrik, optiki, maqnetik xassələrə, həmçinin super keçiriciliyə və topoloji qorunmuş səth vəziyyətinə malik qeyri-üzvi maddələrin bu sinfi perspektivli funksional materiallar kimi həm elmi, həm də təcrübi cəhətdən əhəmiyyətlidir. Tədqiqatın əsas məqsədi Tl5Te3 birləşməsinin struktur analoqlarının əmələ gəldiyi üçlü və daha mürəkkəb sistemlərdə faza tarazlığının tədqiqindən ibarətdir. Bu birləşmələrin və müxtəlif kompozisiyalı fazaların kristal struktur xüsusiyyətləri, termodinamiki və bəzi fiziki xassələri nəzərdən keçirilmişdir.

"Physicochemical Aspects of Development of Multicomponent Chalcogenide Phases Having the Tl5Te3 Structure: A Review" S. Z. Imamaliyeva, D. M. Babanly, D. B. Tagiev, and M. B. Babanly. Russian Journal of Inorganic Chemistry, 2018, Vol. 63, No. 13, pp. 1704–1730.  

JURNALLAR
Faydalı linklər