Xəbərlər
Foto
Türkiyənin “Vestel” Müdafiə Sənayesi şirkətində araşdırmaçı professor Sadiq Quliyevin məruzəsi dinlənildi
Dek 04, 2018 | 13:56 / Konfranslar, iclaslar
Oxunub 189 dəfə

04 dekabr 2018-ci il tarixində saat 11-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutunun direktoru, akademik Dilqəm Tağıyev açdı. O, Türkiyənin “Vestel” Müdafiə Sənayesi şirkəti haqqında məlumat verərək bildirdi ki, bu şirkətin araşdırmaçısı, professor Sadiq Quliyevin Bakıya dəvət olunmasında məqsəd  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə adı qeyd olunan şirkət arasında əlaqələrin inkişaf etdirilməsidir.

Sonra Türkiyə Cümhuriyyəti “Vestel” Müdafiə Sənayesi şirkətində araşdırmaçı, professor Sadiq Quliyev “Qatı oksid yanacaq elementləri” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsini reallaşdıran yanacaq elementlərindən, bu sahədə apardıqları tədqiqat işlərindən ətraflı danışdı. Məruzə ətrafında geniş müzakirələr aparıldı, birgə elmi tədqiqatların aparılmasının mümkünlüyü qeyd olundu.

JURNALLAR
Faydalı linklər