Xəbərlər
İnstitutun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Vaqif Əhmədov Moskva şəhərində ezamiyyətdə olmuşdur
Dek 03, 2018 | 03:51 / Mühüm hadisələr
Oxunub 148 dəfə

İnstitutun “Nanokompozit katalizatorlar” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Vaqif Əhmədov 26 noyabr – 2 dekabr 2018-ci il tarixində Rusiya Elmlər Akademiyasının Element Üzvi Birləşmələr (İNEOS) elmi-tədqiqat İnstitutunda ezamiyyətdə olmuşdur. Ezamiyyət dövründə o, İNEOS-da tərkibində bor, fosfor, azot, həmçinin əlvan və keçid metalları daşıyan polimer quruluşlu komplekslərin sintezi və tədqiqi sahəsində yerinə yetirilən elmi tədqiqat işləri ilə tanış olmuş, bu materialların katalizdə mümkün potensial istifadə imkanlarını araşdırmışdır. Professor Vaqif Əhmədov həmçinin İNEOS-un ümumi elmi seminarında “Tərkibində metal olmayan karbon nitrid üzərində kataliz” mövzusunda məruzə ilə çıxış etmiş, İnstitutda  bu istigamətdə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmişdir.

Ezamiyyət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 7/3 nömrəli 14 mart 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Laylı quruluşlu birləşmə və polimerlər əsasında sintez olunmuş nanokompozitlərin katalitik və sorbsiyon xassələrinin tədqiqi” elmi tədqiqat grant proqramı üzrə həyata keçirilib.

JURNALLAR
Faydalı linklər