Xəbərlər
Süni atomlardan ilk supermolekul yaradılıb
İyl 25, 2016 | 12:30 / Maraqlı məlumatlar
Oxunub 5976 dəfə

ABŞ-ın Kolumbiya Universitetinin alimləri tərəfindən dövri sistemin başqa elementlərinin xüsusiyyətlərini təqlid edə bilən superatomlardan istifadə etməklə ilk molekul yaradılıb.

Kimyaçılar bir-biri ilə bağlı atomların toplaşması zamanı onların başqa tip elementlərin xüsusiyyətlərini əks etdirmək bacarığını aşkarladıqdan sonra superatomu yaratmaq qərarına gəliblər. Belə ki, superatomlarda pərdəli elektronlar mərkəzi nüvənin ətrafında toplanır, onların miqdarı və energetika səviyyəsi isə kimyəvi xassələri müəyyən edir.

Təbiətdə bu cür obyektlər mövcud olmasa da alimlər süni atomları birləşdirməklə supermolekul yaratmağa müvəffəq olublar. Əvvəlcə alimlər 6 kobalt və 8 selenin atomundan nüvə yaradıblar, sonra isə alınmış superatoma metal tərkibli orqanik molekullar birləşdirərək kimyəvi birləşmənin analoqunu yaratmağa nail olublar.

Alimlərin sözlərinə görə, elementlərin say və tərkibi ilə manipulyasiya edilərək gələcəkdə maqnit və keçirici xüsusiyyətlərə malik “supermaddələri” yaratmaq mümkündür.

Qeyd edək ki, kimyaçılar yeni elektron cihaz və tənzimçilərin hazırlaması üçün əsas kimi istifadə oluna bilən lazımı xarakteristikalara malik olan böyük superatom kompleksləri yaratmağı da planlaşdırırlar.

www.lenta.ru

JURNALLAR
Faydalı linklər