Xəbərlər
MDU-nin alimləri su mühitindən boyaq maddələrinin çıxarılmasının ən yaxsı üsullarını aşkar etdilər
Okt 23, 2018 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 159 dəfə

MDU-nin kimya fakültəsinin dekanı, REA-nın müxbir üzvü Stepan Kalmıkov fakültənin kimyaçı-analitiklərinin ekoloji cəhətdən təhlükəli olan müxtəlif boyaq maddələri üçün sorbent seçiminə dair tövsiyələr hazırladığını açıqladı. Analitiklər boyaq maddələrini birbaşa təyin edən yeni metod təklif ediblər. Bu metod analiz mərhələlərinin sayını azaltmağa, proseduru asandlaşdırmağa və ucuzlaşdırmağa imkan verir.

Bundan əlavə, böyük həcmdə duru məhlullardan boyaq maddələrinin səmərəli yolla çıxarılması imkanı göstərilmişdir ki, bu da çirkab sularının təmizlənməsi üçün istifadə oluna bilər.

Alimlərin bu işi “Microchemical Journal” da dərc olunmuşdur.

JURNALLAR
Faydalı linklər