Xəbərlər
Havadakı karbon dioksidlə reaksiyaya girərək özünü bərpa edən material hazırlanıb
Okt 12, 2018 | 11:19 / Maraqlı məlumatlar
Oxunub 93 dəfə

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.

runews24.ru saytı xəbər verir ki, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.

Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.

Yeni materialdan qoruyucu dam örtüklərinin və təmir materiallarının istehsalında istifadə etmək mümkündür.

science.gov.az

JURNALLAR
Faydalı linklər