Xəbərlər
İnstitutun əməkdaşlarının "Synthesis, structure and thermal properties of rhenium carbonyl containing heterobimetallic derivatives of vanadium (III)" məqaləsi Impakt Faktorlu "Periódico Tchê Química" jurnalında dərc olunmuşdur
Sen 24, 2018 | 11:53 / Mühüm hadisələr
Oxunub 171 dəfə

Məqalədə, vanadium(III) bistsiklopentadienil xlorid ilə  renium pentakarbonilin natrium  duzu tetrahidrofuranda qarşılıqlı təsir nəticəsində alınan vanadium(III)bistsiklopentadienil pentakarbonil renium bistetrahidrofuranat kompleksi haqqında məlumat verilmişdir. Alınmış nəzərdə tutulan məhsullar reaksiya qarışığından ekstraksiya üsulu ilə qaynar heksan ilə ayrılmışdir. Bu komplekslərin protonlu və protonsuz Lyuis turşuları ilə reaksiyası öyrənilmişdir. Bu zaman məlum olmuşdur ki, protonlu Lyuis turşusu Re-V rabitəsini qirmaqla (C5H5)2VCl və HRe(CO)5; (C5H5)2VCl və HRe(CO)4PPh3 əmələ gətirir. Protonsuz Lyuis turşusu isə HgCl2, V-Re rabitəsini qırmaqla (C5H5)2VCl və (OC)5ReHgCl; (C5H5)2VCl və PPh3(OC)4ReHgCl komplekslərinə çevrilir.Alınan komplekslərin bəzi quruluş xüsusiyyətləri tədqiq edilmişdir.

"Synthesis, structure and thermal properties of rhenium carbonyl containing heterobimetallic derivatives of vanadium (III)" Guliyeva Esmira A, Suleimanov Gulmamed Z. "Periódico Tchê Química", Vol. 15 N. 30.

JURNALLAR
Faydalı linklər