Xəbərlər
Foto
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ekskursiyada olublar
Sen 19, 2018 | 15:30 / Görüşlər
Oxunub 7138 dəfə

Bu gün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bir qrup tələbəsi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ekskursiyada olublar.

Tələbələri qəbul edən AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev öncə institutun qısa tarixi, əsas elmi istiqamətləri, aparılan tədqiqat işləri və əldə olunan nailiyyətləri haqqında, eləcə də burada çalışmış görkəmli alimlər haqqında danışdı. Sonra akademik qeyd etdi ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Akademik qeyd etdi ki, AMEA-da magistratura təhsilinin yaradılması və ildən-ilə genişləndirilməsi bu istiqamətdə aparılan işlərin tərkib hissəsidir. Bu baxımdan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin institutda olmasından məmnun olduğunu bildirən akademik qeyd etdi ki, adı çəkilən Universitet sayılıb –seçilən təhsil ocaqlarından biridir və təhsil sahəsində böyük nüfuza malikdır.

Sonda akademik tələbələrin suallarını cavablandırdı və onlara uğurlar arzuladı.

Sonra tələbələr institutda bir sıra laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış oldular.

JURNALLAR
Faydalı linklər