Xəbərlər
Foto
Əsas güc Respublikamızın iqtisadiyyatına töhfə verəcək məsələlərin həllinə yönəldilməlidir
Sen 13, 2018 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 369 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış etdi.

Akademik Dilqəm Tağıyev bildirdi ki, bu il institutun magistraturasına 5 ixtisas üzrə 6 nəfər qəbul olunmuşdur və onların hamısı yüksək bal toplamış gənclərdir. Qəbul olunan magistrlərin fərdi iş planları və elmi rəhbərləri təsdiq olundu.

Sonra akademik bildirdi ki, şöbə və laboratoriyaların illik hesabatına hazırlaşmaq lazımdır və hesabatlarda cari ildə aparılan tədqiqat işlərinin yekunu olaraq mühüm nəticələr qeyd olunmalıdır.             

Akademik  Dilqəm Tağıyev qeyd etdi ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı əsas güc Respublikamızın iqtisadiyyatına töhfə verəcək məsələlərin, o cümlədən respublikaya idxal edilən kimya məhsullarının yerli istehsalına nail olmaq, filiz və tullantı filizlərdən səmərəli istifadə, alternativ enerji mənbələri, korroziya məsələləri və hidrotexniki qurğuların qorunması, mühüm sənaye proseslərinin modelləşdirilməsi məsələlərinin  həllinə yönəldilməlidir.

Sonda müsabiqə məsələlərinə baxıldı, k.ü.f.d. Məmmədova Ülviyyə “Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbəsinə müdir, institut əməkdaşlarından 2 nəfər böyük elmi işçi vəzifələrinə təsdiq olundu.

JURNALLAR
Faydalı linklər