Xəbərlər
Buz bağlamayan material hazırlanıb
Sen 04, 2018 | 13:05 / Maraqlı məlumatlar
Oxunub 215 dəfə

Massaçussets Texnologiya İnstitutunun alimləri günəş işığının enerjisindən istifadə edərək buzun yaranmasına imkan verməyən xüsusi örtük hazırlayıblar.

Onun əsasını günəş enerjisini toplamaq və onu istiliyə çevirmək qabiliyyətinə malik üçqatlı material təşkil edir. Bundan başqa, əldə olunmuş enerji yalnız günəş şüasının düşdüyü yeri qızdırmır, örtüyün bütün səthi üzrə bölünür. Həmçinin yeni material süni işıqlandırma mənbələrindən “qidalanaraq” gecələr də işləyir.

hi-news.ru saytının məlumatına görə, örtük üçün bütün materiallar “istilik reaksiyası”nın sürətli olması, qızmanın isə dondurulmadan daha sürətlə baş verməsinə uyğun seçilib. İstehsal xərclərinin azaldılması məqsədilə materialın bütün qatları maksimal əlçatan materiallardan istehsal edilib.

Hazırda alimlər materialın laboratoriya xaricində sınaqlarını keçirmək üçün bir neçə binanın damına örtük hazırlamaq niyyətindədirlər.

science.gov.az

JURNALLAR
Faydalı linklər