Xəbərlər
İnstitutun əməkdaşlarının Impakt Faktoru 4.521 (CA) olan "Tərkibində metal olmayan polimer karbon nitrid üzərində fenilasetilenin stirola selektivhidrogenləşməsi reaksiyasının kinetikası" məqaləsi "Applied Catalysis A: General" jurnalında dərc olunmuşdur
Sen 03, 2018 | 12:26 / Mühüm hadisələr
Oxunub 337 dəfə

Kimya sənayesində hazırda istifadə edilən katalitik proseslərin əksəriyyəti təkibində metal və ya metal oksidləri daşıyan heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu və çox miqdarda qiymətli metalların sərf olunması ilə xarakterizə olunur və  ətraf mühitin çirklənməsinə səbəb olur. Bu baxımdan tərkibində metal olmayan yüksək katalitik effeknivliyə və stabilliyə malik, ekoloji baxımdan təmiz katalizatorların hazırlanması və tədqiqi nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Qrafit tipli polimer karbon nitridin nano-ölçülü quruluşa malik səthində -NH-, NH2-, N-C=N və C=C kimi funksional grupların qarşılıqlı təsiri nəticəsində əsasi və π-donor-akseptor təbiətli aktiv mərkəzlər formalaşır.  Qeyd olunan mühüm fiziki-kimyəvi, elektron xassələri və ekoloji cəhətdən təmizliyi karbon nitridin foto-, electro- və heterogen  katalizdə effektiv üzvi katalizator kimi istifadəsinə potensial imkanlar açır.

Yeni kəşf olunmuş katalizator tərkibində metal olmayan, yüksək termiki-kimyəvi stabilliyə malik yarımkeçirici xassəli 2D quruluşlu materialdır.  Məqalədə yeni katalizator üzərində fenilasetilenin stirola selektiv hidrogenləşməsi reaksiyasının tədqiqinin nəticələri verilmişdir. Proses gaz fazada və normal təzyiqdə 150-250°C temperatur intervalında aparilır.  Reaksiyanın kinetikası və mexanizmi öyrənilmiş, kinetik modeli tərtib olunmuş və prosesin parametrləri hesablanmışdır.

“Tərkibində metal olmayan polimer karbon nitrid üzərində fenilasetilenin stirola selektivhidrogenləşməsi reaksiyasının kinetikası" Vagif Akhmedov, Agadadash Aliyev, Muxtar Bahmanov, Vusal Ahmadov, Dilgam Tagiyev, "Applied Catalysis A: General" Volume 565, 5 September 2018, Pages 13-19.

 

JURNALLAR
Faydalı linklər