Xəbərlər
Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda çap olunub
Avg 24, 2018 | 10:58 / Nəşrlər
Oxunub 4847 dəfə

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun alimlərinin türkiyəli həmkarları ilə birgə beynəlxalq tədqiqatlarının nəticələri "Elsevier" nəşriyyatının "Polyhedron" jurnalında (M.Huseynova, P.Taslimi, A.Medjidov, V.Farzaliyev, M.Aliyeva, A.Sujayev, G.Gondolova, O.Şahin, B.Yalçın, E.B.Orman, A.R.Özkaya, İ.Gülçin - "Synthesis, characterization, crystal structure, electrochemical studies and biological evaluation of metal complexes with thiosemicarbazone of glyoxylic acid") dərc edilib.

Məqalə tiosemikarbazonun qlioksil turşusu ilə metal komplekslərinin sintezi, kristal strukturunun müfəssəl təhlili, elektrokimyəvi tədqiqatlar və bioloji fəallığının öyrənilməsinə həsr olunub.

Qeyd edək ki, "Polyhedron" jurnalında qeyri-üzvi kimyanın bütün sahələrinə dair fundamental, eksperimental və nəzəri işlər dərc olunur. Bunlara sintetik kimya, koordinasiya kimya, organometalik kimya, bio-qeyri üzvi kimya və s. daxildir. 1982-ci ildən dərc olunan nüfuzlu jurnal "Tomson Reuters" beynəlxalq bazasında referatlaşdırılıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər