Xəbərlər
Foto
“Gen terapiyanın və aşağı dozalı şüalanmanın beyin şişlərinin müalicəsində rolu və əhəmiyyəti” barədə elmi tədbir
İyn 22, 2018 | 16:12 / Konfranslar, iclaslar
Oxunub 267 dəfə

22 iyun saat 1400- da Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun akt zalında Macarıstan Milli Sağlamlıq İnstitutunun bölmə rəhbəri, Professor Geza Safrany “Şişlərin gen terapiyası” mövzusunda elmi məruzə ilə çıxış edib.

Tədbir Ukrayna Elm Texnologiya Mərkəzinin 6282 nömrəli “Triptofanın bəzi biogen metallarla komplekslərinin sintezi və radioqoruyucu xassələrinin tədqiqi” layihəsi çərçivəsində, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Biofizika İnstitutu və Radiasiya Problemləri İnstitutlarının birgə təşkilatçılığı ilə keçirilib.

Məruzəçi qeyd olunan Beynəlxalq proyektin avropalı kollaboratorudur.
Professor  Geza Safrany məruzəsində qeyd etmişdir ki, siçanlar üzərində aparılan tədqiqatların nəticəsi olaraq, şiş xəstəliklərində, xüsusi ilə də beyin şişlərində gen terapiyası effektli nəticələrə səbəb olur. Çünki, gen terapiyası immun sisteminin şiş əleyhinə olan müqavimətini artırır və kimya terapiya ilə eyni zamanda tətbiq ediləndə daha effektli olur.

Alimin apardığı tədqiqatlar aşağıdaki nəticələri söyləməyə əsas verir:

1. Fermentlə istiqamətləndirilmiş gen terapiyası xərçəng əleyhinə agent kimi çıxış edir.

2. Gen terapiyası yerli şişlərin şüalanması ilə kombinə olunduqda daha effektiv olur.

Tədbirdə hər üç institutun əməkdaşları iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər