Xəbərlər
Mühəndislər havadan karbon dioksidi almaq üçün ucuz yol təklif etdilər
İyn 13, 2018 | 11:05 / Maraqlı məlumatlar
Oxunub 4203 dəfə

Kanadanın “Carbon Engineering” şirkətinin mütəxəssisləri kimyəvi reaksiyalar vasitəsilə birbaşa atmosferdən karbon dioksidi almaq üçün metod işləyib hazırlayıblar. Texnologiyanın yaradıcılarına görə, digər üsullarla müqayisədə onun fərqli xüsusiyyəti qiymətinin aşağı olmasıdır.

Kanadalı mühəndislər tərəfindən təklif olunan bu üsul ilk deyil, atmosferdən CO2 əldə etmək üçün müxtəlif texnologiyalar var. Lakin,  bu texnologiyaların əksəriyyəti bahadır: müxtəlif hesablamalara əsasən, bir  ton qazın əldə  edilməsi üçün 600 dollardan 1000 dollara qədər vəsait lazımdır. “Carbon Engineering” –in nümayəndələri deyirlər ki, onların texnologiyası ilə istehsal olunan qazın bir tonunun qiyməti 94 dollardan 232 dollara qədər olacaq.

Mühəndislər 2021 –ci ildən gec olmayaraq yeni texnologiya ilə CO2 –nin istehsalı üçün böyük bir zavod qurmağı planlaşdırırlar.

JURNALLAR
Faydalı linklər