Xəbərlər
Akademik Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçilib
İyn 08, 2018 | 15:39 / Mühüm hadisələr
Oxunub 4146 dəfə

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. 

Alternativsiz namizəd olan akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini alaraq, növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.

JURNALLAR
Faydalı linklər