Xəbərlər
Rusiyalı kimyaçıları rəngli holoqramları çap etmək üçün nanomürəkkəblər yaratmışlar
May 10, 2018 | 13:27 / Maraqlı məlumatlar
Oxunub 4089 dəfə

İlk holoqramlar 1947-ci ildə macar fiziki Deneş Qabor tərəfindən alınmışdır. Holoqramların yazılışı üçün lazer şüasından istifadə edilir. Rusiya kimyaçıları Keller və onun həmkarları holoqram yaratmaq üçün daha sadə və rahat yol tapdılar.

Bu tədqiqatçılara görə, yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, o, holoqramları adi fotokağızda, şüşədə və hər hansı bir səthdə, hec bir ilkin hazırlıq görmədən və ya hər hansı vaxt və vəsait tələb edən başqa əməliyyat aparmadan çap etməyə imkan verir. Holoqramların rəngli olması üçün kimyaçılar üç tərkibli mürəkkəb hazırlamışlar. Onların içərisində nanohissəciklərin ölçüləri elə seçilib ki, praktiki olaraq onların əsasında düzbucaq altında olan kristallar qırmızı, yaşıl və mavi rənglərə boyanmışdır. Bu üç tərkibi (kompozisiyanı)  kombinə etməklə holoqrafik effektə malik tam rəngli bir şəkil yaratmaq olar. Alimlərin fikrincə bu cür holoqramlar holoqrafik effekti və ya orijinallığı qorumaq lazım olan bank sektorunda, iqtisadiyyatın və məişətin digər sahələrində öz tədbiqini tapacaq.

JURNALLAR
Faydalı linklər