Xəbərlər
Yeni “divar kağızı” yanğına qarşı onu davamlı edəcək və özü yanğın haqqında xəbərdarlıq edəcək
Apr 09, 2018 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 317 dəfə

Çin alimləri “yanmayan divar kağızları” hazırlamaq üçün istifadə edilə biləcək yeni bir material hazırlamışlar. O, özündə heç bir təhlükəli komponent saxlamır, istiliyə davamlıdır lakin, qızdırılanda izolyatordan keçiriciyə çevrilir. Bu isə alışma zamanı siqnalizasiyanı avtomatik işə salmağa imkan verir. Onlar ağ rəngli olub, mexaniki davamlılığı və asanlıqla əyilmə qabiliyyəti ilə fərqlənirlər. Şanxay alimləri tərəfindən hazırlanan materialın əsas komponenti adi hidroksiapatitdir, bu isə bizim sümüklərimizin və dişlərimizin mineral bazasıdır.

İndi alimlər yeni materialların kommersiya istehsalına dair texnologiyanın işlənməsini planlaşdırırlar – çox güman ki, tezliklə istifadə olunan divar kağızları yeni “yanmaz” kağızlarla əvəz olunacaqdır.

JURNALLAR
Faydalı linklər