Xəbərlər
Rudolf Markus
Mart 09, 2018 | 11:05 / Maraqlı məlumatlar
Oxunub 4165 dəfə

Rudolf Markus 1923-cü ilin iyulun 21-də Monrealda anadan olmuşdur. Ali təhsilini Beron Binq Xay Skulda başlamış, təhsilini Monrealda Makqill Universitetində davam etdirmişdir.

Məhlulda nitrolaşmanın kinetikası üzrə eksperimental işə görə 1946-cı ildə  doktorluq dərəcəsi almışdır və Ottavada Kanadanın Milli tədqiqat şurasının yeni elmi proqramına qoşulmuşdur.

Proqram sonralar məşhur oldu, amma o vaxt o, öz mövcudluğunu başlayırdı.

Markus yeni əlaqə yaranmadan və ya köhnə əlaqə qırılmadan, sadəcə enerjinin və əlaqənin uzunluğunun dəyişməsi ilə müşayət olunan bir elektron  keçidi hadisəsini izah etmişdir (bu prosesdə həlledicinin molekulları da iştirak edir). Markus bir elektronlu keçidin yaratdığı struktur dəyişmələri prosesində belə yenidən qurulmanın enerjisinin qiymətini hesablamışdır. O, oksidləşmə - reduksiyaların hərəkət verici qüvvəsi ilə onların sürətləri arasında qohumluğu müəyyən etmişdi. O, müəyyən etmişdir ki, verilən sistemin energetik xarakteristikası ilə onun sürəti arasında asılılıq parabolikdir. Belə proseslərdə sərf olunan hərəkətverici qüvvə nə qədər çox olursa, bir o qədər yüksək dərəcədə onların sürəti əvvəlcə artır, sonra azalır.

Markus belə çevrilmələrin reagentlərinin, həm də onları əhatə edən həlledici molekullarının strukturunda baş verən incə dəyişmələri müəyyən etmişdir.

Nəzəriyyə elektron keçidi ilə əlaqəli olan fotosintez, hüceyrə metobolizmi, polimerlərin elektrik keçiriciliyi,  xemilüminesensiya və korroziya kimi hadisələrin üzərinə işıq salır.

Markus modeli fotosintetik çevrilmələr prosesində elektronun davranışını izah etməyə imkan verir. Onların son məksədi elektronu nisbətən stabil vəziyyətə keçirməkdir ki,bu vəziyyətdə də elektron canlı orqanizm üçün lazım olan işi yerinə yetirmək üçün kifayət qədər enerjiyə malik olur.

Markusun nəzəriyyəsinin köməyi ilə  aydın olur ki, nə üçün, məsələn, dəmir kationları su mühitində elektronları ləng mübadilə edir. Markusa görə belə prosesin hərəkətverici qüvvəsi yüksəkdir. Elektron keçidini sürətləndirmək  üçün təbiət metal kationlarını sudan götürmüş və onları zülal təbəqəsinə yerləşdirmişdir.

1960-cı ildə Markus bu sahədə eksperimentləri tamamlayır, sonra bir il yarım Nyu-York Riyaziyyat universitetində çoxlu sayda xüsusi kurslara qulaq asır. 1978-ci ildə Markus Kaliforniya Texnaloji İnstitutuna işləməyə keçir.

O, 1992-ci ildə “Kimyəvi sistemdə  elektron transfert reaksiyalar nəzəriyyəsinə xidmətlərinə görə” Nobel mükafatına layiq görülmüşdür.

JURNALLAR
Faydalı linklər