Xəbərlər
Davamlılıq baxımından metalla müqayisə edilə bilən super ağac yaradılıb
Fev 12, 2018 | 13:45 / Maraqlı məlumatlar
Oxunub 429 dəfə

Titan ərintiləri bəlkə də planetimizdəki ən möhkəm materiallarından biridir. Lakin onların 2 mənfi cəhəti var; çox ağır və çox bahalıdırlar. Merilend Universitetinin alimləri (UMD) bahalı metalların alternativini almaq üçün “ağaclar üzərində yetişdirilən” üsulu təklif etdilər.  Tədqiqatçılar qrupu sıxlaşdırılma prosesindən istifadə edərək, metallar kimi möhkəmliyə malik olan, inanılmaz dərəcədə davamlı ağac yaratmağa nail oldular.

İki mərhələli bir proses nəticəsində super ağac tələb olunan möhkəmliyə malik oldu. Belə ki, əvvəlvə tədqiqatçılar natrium hidroksid və natrium sulfit qarışığında odun (ağac) nümunələri qaynadırlar. Bu, ağacı qismən liqnin və hemuselülozdan azad etməyə imkan verir. Sonra, ağac qaynar preslənməyə uğradılır. Bu isə, ağacın hüceyrə divarlarını məhv edir və material içərisində yüksək səviyyəli selüloz nanoliflərin meydana gəlməsinə imkan verir. Bu proses nəticəsində sıxlaşdırılmış ağac əmələ gəlir.

Ağacın (odunun) işlənməsinin yeni üsulu onu 12 dəfə davamlı və 10 dəfə bərk (sərt) etməyə imkan verir.

JURNALLAR
Faydalı linklər