Xəbərlər
Foto
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Yüksək Texnologiyalar Parkı ilə tanışılıq görüşü baş tutub
Yan 30, 2018 | 16:14 / Görüşlər
Oxunub 567 dəfə

AMEA Gənc Alim və Mütəxəssislər Şurasi ilə AMEA YT Parkında əməkdaşlığın genişlənməsi məqsədilə görüş baş tutub.

Görüşdə giriş sözünü açan AMEA YT Parkın İstehsalat kommunikasiya xidmətləri şöbəsinin müdiri Hikmət Kərimov qonaqları salamlayaraq ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Sonra çıxış edən Biznes İnkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı bildirib ki, yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiyaların, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Bu sahədə AMEA YT Parkı ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyərək gələcəkdə bu istiqamətdə bir sıra işlərin görüləcəyini qeyd edib.
Gənc Alim və Mütəxəssislər şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov çıxışında əməkdaşlıq imkanlarından söz açmışdır. AMEA YT Parkı ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyərək gələcəkdə bu istiqamətdə bir sıra işlərin görüləcəyinin planlaşdırıldığını  qeyd edib.
Sonra AMEA YT Parkının rezidenti olan "AMEA Təcrübə-Sənaye Zavodu"- nun nümayəndəsi Süleyman Süleymanovun "AMEA Təcrübə-Sənaye Zavodu" haqqında təqdimatı dinlənilmişdir. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinə zavodda istehsal olunanan məhsullar haqqında geniş məlumat verilmişdir. Görüşdə AMEA YT Parkının rezidentləri "Millers Oils Azerbaijan" şirkətinin direktor müavini Cavid Şahmuradov və "DN TECHNOLOGIES" MMC-nin direktor müavini Ceyhun Nabadov fəaliyyətləri haqqında geniş məlumat vermiş, şirkətlərin fəaliyyətləri barəsində suallar cavablandırılımışdır.

Görüş zamanı Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə də tanış olublar.

JURNALLAR
Faydalı linklər