Xəbərlər
Stenforda yeni tip sellüloz kəşf edildi
Yan 25, 2018 | 12:58 / Maraqlı məlumatlar
Oxunub 4129 dəfə

Stenford Universitetində mütəxəssislər qrupu, yeni tip elə bir sellüloz kəşf etdilər ki, bu materialın xassələri yenilənə biləcək enerji sahəsində onun tədbiqinin effektivliyini artırır, həmçinin, bacterial infeksiyaya qarşı daha mükəmməl dərmanlar hazırlamağa imkan verir.

Bitkilərdən, yosunlardan və bəzi bakteriyalardan əldə edilən sellüloz molekulları kağız və toxuculuqdan tikinti materiallarına qədər yüzlərlə növ məhsul istehsalında istifadə olunur. Həmçinin, onlardan  yanacağın əsas tərkibi və təmiz enerji  məmbəyi olan etanol almaq olar.

Mütəxəssislər əmindilər ki, sellüloz plastik kütlə almaq üçün yeni bir mənbə ola bilər və nefti əvəz edə bilər. Sübut olaraq, onlar sellüloz asetatdan 3D çap prosesini işləyib hazırlayıblar. Alınan əşyalar adi plastiklərə nisbətən daha çox möhkəm  və dağılmağa davamlıdırlar.

JURNALLAR
Faydalı linklər