Xəbərlər
Bromun kəşf edilməsi
Yan 10, 2018 | 09:50 / Maraqlı məlumatlar
Oxunub 278 dəfə

Fransız kimyaçısı Antuan Jerom Balar laborant olduğu vaxt bromu kəşf etdi. Çox duzlu olan bataqlıq suyunun tərkibində natrium bromid var. Tərçübə zamanı Balar xlorla duzlu suya təsir etdi.Reaksiya nəticəsində məhlul sarı rəngə boyandı. Bir müddətdən sonra Balar tund-qonur rəngli mayeni ayırdı və onu murid adlandırdı. Sonralar Qey-Lyussak bu yeni maddəni brom adlandırdı.. Bromun kəşf edilməsindən əvvəl Balar elm aləmində demək olar ki, məlum tanınmırdı. Bromun kəşfindən sonra Balar Fransız kollecində Kimya kafedrasının müdiri və 1844 ildə isə Paris Elmlər Akademiyasının üzvü oldu. Fransız kimyaçısı Şarl Jerarın dediyi kimi: Bromu Balar deyil, brom Baları kəşf etdi.

JURNALLAR
Faydalı linklər