Xəbərlər
Frensis Aston
Dek 27, 2017 | 11:04 / Maraqlı məlumatlar
Oxunub 183 dəfə

Frensis Aston ingilis fiziki və kimyaçısıdır.

1877-ci ilin sentyabrın 1-də İngiltərənin Xrabron şəhərində anadan olmuşdur. 1893-cü ildən Brimingem Masson Kollecində oxumuşdur. 1900-1903-cü illərdə Vulverxemptondakı pivə zavodunda kimyaçı işləyir. 1903-1908-ci illərdə Brimingem Universitetində ingilis fiziki C. Poytinqin yanında təhsil alır.

1909-cu ildə həmin universitetdə işləyir, 1910-1919-cu illərdə Kembric universitetinin laboratoriyasında və Londonda Kral İnstitutunda məhşur ingilis fiziki C. C. Tomsonun laboratoriyasında işləyir. Birinci Dünya müharibəsi zamanı Fariboroda aviasiya zavodunda kimya üzrə məsləhətçi işləyir. 1919-cu ildən Kembric Universitetində işləyir. Əsas işləri stabil izotopların öyrənilməsinə həsr olunub. C.Tomson ilə birlikdə  belə bir nəticəyə gəlir ki, neon nisbi atom kütlələri 20 və 22 olan atom növlərindən ibarətdir (1913-cü ildə).

1919-cu ildə Aston kütləspektroqrafı yaradır və onun köməyi ilə sübüt edir ki, neonun iki izotopu mövcuddur. Keçən əsrin 20-ci – 30-cu illərində Aston indi məlum olan əksər stabil izotopları (210-a yaxın) kəşf edir, onların kütlələrini və nisbi yayılmalarını müəyyən edir. 1927-ci ildə “atom çəkilərinin fiziki şkalasını” tərtib edir, “yığılma əmsalı” anlayışını təklif edir və onun kütlə ədədindən asılı olduğunu müəyyən edir. 1920-ci ildə “tam ədədlər qaydasını” təklif edir ki, bu qaydaya uyğun olaraq izotopların nisbi kütlələri təcrübələrin dəqiqliyi hüdudlarında tam ədədlərdir.

1936-1945-ci illərdə Aston nəzəri və tətbiqi kimya üzrə Beynəlxalq ittifaqın atom çəkiləri üzrə komissiyanın sədri olmuşdur.

Aston “kütlə spektroqrafının köməyi ilə çoxlu sayda stabil elementlərin izotoplarının kəşvinə və tam ədədlər qaydasını təklif etdiyinə görə” 1922-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Aston 1945-ci ilin noyabrın 20-də Kembricdə vəfat etmişdir.

JURNALLAR
Faydalı linklər