Xəbərlər
Foto
AMEA-da alimərin sosial şəraitinin yaxşılaşdırılması üçün ciddi işlər görülür
Dek 22, 2017 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 927 dəfə

22 dekabr 2017-ci il tarixində  Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev, Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, elmi müəssisələrin direktorlarının ümumi məsələlər üzrə müavinləri, Həmkarlar İttifaqlarının sədrləri və akademiyanın gənc alimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov tədbir iştirakçılarını gündəlikdəki məsələlətanış edib.

Sonra AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev çıxış edərək Akademiya gəncliyi ilə görüşdən məmnun olduğunu qeyd etdi. O, son illər AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında Akademiya əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görüldüyünü vurğuladı. AMEA rəsmisi həmin tədbirlər sırasında Abşeron rayon Saray qəsəbəsində AMEA əməkdaşları üçün tikilən “Science City” yaşayış kompleksinin xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı.O, son 4 ildə AMEA-ya məxsus zəbt olunmuş torpaqların geri qaytarılması istiqamətində əməli tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, Xızıda 1705 h., Ağsuda 160 h., Kürdəmirdə 132 h. və Abşeronda 35 h. zəbt olunmuş torpaqlar geri alınaraq sənədləşdirilib. Alim Abşeron rayon Saray qəsəbəsində 7 h. torpaqda AMEA əməkdaşları üçün kooperativ “Science City” yaşayış kompleksinin tikintisinə başlanıldığını söyləyib. Kompleksin AMEA-nın son illərdə ən uğurlu layihələrindən biri olduğunu deyən F.Abdullayev ilkin olaraq 2 blokun, ümumilikdə isə 18 blokda 2 minə yaxın mənzilin istifadəyə veriləcəyini deyib. Bildirib ki, kompleksdə 200 nəfərlik uşaq bağçasının və 1000-ə yaxın şagird üçün məktəb binasının inşası da nəzərdə tutulub: "Tikinti işləri 1,5 ilə başa çatmalı, 2 ilə bütün kommunikasiya xətləri ilə təmin edilməli, 2,3 ilə isə mənzillərin kupçaları təqdim edilməlidir".O, layihənin sırf AMEA əməkdaşları üçün nəzərdə tutulduğunu, “Science City” yaşayış kompleksinin İşlər İdarəsi, AHİ və tikinti şirkətinin sıx nəzarətində tikiləcəyini diqqətə çatdırıb. İdarə rəisi təhlükəsizlik baxımından bütün sənədlərə sözügedən qurumların hər birinin vizasının tələb ediləcəyini söyləyib.

F.Abdullayev tikiləcək binada mənzillərin kvadratının hazırda 470 manat təşkil etdiyini, lakin nağd ödəniş edəcək ilk 50 nəfər əməkdaş üçün hər kvadrat üçün 370 manatdan hesablanacağını da bildirdi. AMEA rəsmisi sözügedın şəhərcikdə Akademiya rəhbərliyinin əməkdaşların, xüsusən gənclərin əməkhaqlarına uyğunlaşdırılmış şəkildə daha da güzəştli şərtlərlə mənzil əldə edə bilməsi üçün yollar axtarıldığını dedi. F.Abdullayev tezliklə kompleksin təməlatma mərasimin keçiriləcəyini diqqətə çatdırıb. Alim cari ildə, həmçinin AMEA-nın "Qonaq Evi"nin açıldığını, akademiya əməkdaşları üçün poliklinikanın istifadəyə verilməsinin planlaşdırıldığını söyləyib.

Sonra AHİ-nin sədri Habil Qurbanov çıxış edərək şəhərciyin AMEA əməkdaşlarının ödənişləri hesabına tikiləcəyini, nəqliyyat və digər zəruri infrastrukturlarla təmin ediləcəyini deyib. Bundan əlavə, AHİ sədri növbəti il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublikanın gənc alimlərinin iştirakı ilə müsabiqənin keçiriləcəyini, qaliblərin pul mükafatı ilə təltif olunacağını vurğulayıb.

Daha sonra gənclərin mövzu ilə əlaqədar müxtəlif səpkili sualları ətraflı cavablandırılıb, sual doğuran məqamlara aydınlıq gətrilib.  

JURNALLAR
Faydalı linklər