Xəbərlər
Foto
AMEA- nın Kimya Elmləri Bölməsinin illik hesabat yığıncağı keçirilib
Dek 25, 2017 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1017 dəfə

Dekabrın 25-də AMEA-nın akademik  M.Nağıyev ad. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  Kimya Elmləri Bölməsinin (KEB) illik ümumi yığıncağı keçirilib.

Yığıncaqda bölmənin üzvləri, institut direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katiblər, təhsil şöbələrinin rəhbərləri. laboratoriya rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi və bildirdi ki, bu gün bölməyə daxil olan 4 institutun hesabatı dinləniləcək.

Sonra akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA- nın müxbir üzvü Məhəmməd Babanlı, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA- nın müxbir üzvü Bəxtiyar Məmmədovun təmsil etdikləri institutların 2017-ci ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. 

Ümumi yığıncaqda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Nüvə Tədqiqat Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov və digərləri çıxış edərək institutların hesabatlarının qənaətbəxş olduğunu qeyd ediblər.

 

JURNALLAR
Faydalı linklər