Xəbərlər
Foto
Bu gün “Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzində görkəmli heykəltaraş, Azərbaycan Rəssamlıq akademiyasının rektoru, xalq rəssamı, "Heydər Əliyev" ordeni laureatı, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Dek 22, 2017 | 14:00 / Yubileylər
Oxunub 8060 dəfə

Tədbir iştirakçıların Ömər Eldarovun zəngin yaradıcılığını əks etdirən sərgiyə baxışla başladı. Tədbirdə elm və incəsənət xadimləri, mediya nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan AMEA- nın prezidenti akademik Akif Əlizadə heykəltaraşa uzun ömür arzuladı. Onun Azərbaycan incəsənətinə verdiyi töhvələrdən danışdı. Fəxri xiyabanda Heydər Əliyevin heykəlinin Azərbaycan memarlığının şah əsərlərindən olduğunu söylədi. Akademik Ziya Bunyadovun, bəstəkar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazinin qəbir üstü abidələrinin hər birinin özünə məxsus düşündürən detallarının olduğunu dedi. Dahiyana sadəliyə malik və daim çalışqan olan xalq rəssamının əsərləri içində olan şairə Natəvanın, Hüseyn Cavidin, Fizulinin, İbn Sinanın heykəlləri incəsənətimizin inci əsərləri sırasında olduğunu vurğuladı. Akademik Zərifə Əliyevanın “Elegiya” abidəsini sözün əsl mənasında Azərbaycan Milli heykəltaraşlıq sənətinin yüksək göstəricisi kimi dəyərləndirdi. Heykəltaraşın Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif olunmasını təqdirə layiq olduğunu vurğuladı. Bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə, AMEA- nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Memarlar İttifaqının İdarə Heyyətinin sədri,professor Elbay Qasımzadə təbrik edənlərin sırasında idi. Xalq rəssamı Ağəli İbrahimov heykəltaraşın Natəvan əsərini ən dahi əsər adlandırdı. Qoz ağacından olan işlərini təkrar olunmaz olduğunu bildirdi.O.Eldarovun nəinki vətənində, eləcə də bir sıra xarici ölkələrdə ölməz əsərlər yaratdığını dedi. Təbrik edənlər sırasında xalq yazıçısı Çingiz Abdullayevin marağlı çıxışı oldu.Yazıçı, Ömər Eldarov olmasaydı Bakı şəhəri bele gözəl olmazdı, fikrini səsləndirdi. Sonda Ömər Eldarov çıxış edərək diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə  və onu təbrik edənlərə öz minnətdarlığını bildirdi. Təbriklərdən sonra iclas bədii hissə ilə davam etdi. 

JURNALLAR
Faydalı linklər