Xəbərlər
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Azəryod” MMC -nin nümayəndələri ilə görüş keçirilmişdir
Dek 22, 2017 | 09:05 / Görüşlər
Oxunub 757 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  “Azəryod” MMC -nin  nümayəndələri ilə  görüş keçirilmişdir. Tədbirdə “Azəryod” MMC tərəfindən cəmiyyətin baş direktoru Rəşad Xəlilov və maliyyə direktoru Samir Aslanov, İnstitut tərəfindən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev, İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, şöbə müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev, aparıcı elmi işçisi Zarema Cabbarova  iştirak etmişlər.

Akademik Dilqəm Tağıyev  görüşün əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycanda iqtisadiyyatın idxaldan asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, yerli istehsalı artırmaq məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir və bu istiqamətdə mühüm işlər görülür və islahatlar həyata keçirilir.

Bu baxımdan ölkədə mövcud potensialın reallaşdırılması müzakirə edilmiş və birgə layihələrin icrası üçün atıla biləcək addımlar, eləcə də   Neftçala Yod-Brom zavodunun tullantı sularından xörək duzu, sonuncudan isə xlor və kaustik soda istehsalını reallaşdırmaq barəsində  fikir mübadiləsi aparılmış, birgə əməkdaşlıq haqqında razılıq əldə edilmişdir.  

JURNALLAR
Faydalı linklər