Xəbərlər
Foto
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi qeyd olundu
Dek 04, 2017 | 18:05 / Yubileylər
Oxunub 136 dəfə

Dünən AMEA-nın alimlər evində görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordeninə layiq görülmüş akademik Vasim Məmmədəliyevin 75 illiyinə həsr olunmuş “Şanlı ömür səhifələri“ adlı tədbir keçirilib. Tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və din xadimləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik  Akif Əlizadə görkəmli alimin zəngin elmi – pedaqoji, ictimai fəaliyyətindən danışıb. O, alimin həyatının xalqimizin mənəvi dəyərlərinin zənginləşməsində böyük rolundan danışıb, ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, ərəb – Azərbaycan, islamşünaslıqda V.Məmmədəliyevin rolunun əvəz olunmaz oldugunu diqqətə çatdırıb . Eləcə də gənc yaşlarında artıq doktorluq dissertasiyası müdafiyə edib, hal - hazırda bir çox xarici ölkələrin elmlər akademiyalarının üzvü oldugunu prezident Akif Əlizadə vurğuladı. Akademikin böyük xidmətlərindən biri xalqımız və ümmumillikdə İslam aləmi üçün mühüm hadisə olan üçün 1991 -ci ildə müsəlman aləminin müqqəddəs kitabı olan Qurani – Kərimin Azərbaycan dilinə tərcüməsi oldugunu söylədi. Daha sonra Yubilyarı təbrik edənlərin sırasında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev , Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, AMEA -nın vitse- prezidenti akademik İsa Həbbibəyli, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, Neft – Kimya prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxışlarında V.Məmmədəliyevi tebrik edib alimin gözəl insani xüsusiyyətlərindən, böyük nailliyyətlərindən danışıb, ona uzun ömür arzulayıblar. Daha sonra tədbir bədii hissə ilə davam edib.

 

JURNALLAR
Faydalı linklər