Xəbərlər
"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda konfrans keçirilib
Dek 04, 2017 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 4128 dəfə

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qafqazşünaslıq İnstitutu tərəfindən “Qafqaz Böyük Sarsıntılar şəraitində: Tarixi təcrübə, müasir dövr və perspektivlər “ mövzusunda Respublika Elmi Konfransı keçirilib. Tədbirdə AMEA-nın Qafqazşünaslıq, Fəlsəfə, iqtisadiyyat və digər elm və təhsil müəssisələrindən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Açılış mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb. Açılışı akademik, AMEA-nın vitse prezidenti İsa Həbibəyli edib..Akademik konfransın siyasi və ictimai əhəmiyyətə malik oldugunu bildirib. Son illər dövlətimizdə gedən inkişaf haqqında, bir çox dünya miqyaslı layihələrdə iştirakımızı vurgulayıb. Daha sonra akademik, AMEA İctimai Elmlər Bölməsinin akademik – katibi Nərgiz Axundova çıxış edib. Öz çıxışında akademik-katib, Azərbaycanın Qafqazın İslam və Xristian aləminin qovuşdugu bir ölkə olduğunu, bu konfransın  maraq və aktuallıq kesb etdiyini deyib. AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlının ”Cənubi Qafqaz 100 il əvvəl və indi: müqayisəli təhvil” məruzəsi ilə konfrans davam edib. O çıxışını Ulu Öndər Heydər Əliyevin “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir“ sözləri ilə başlayıb. Ölkəmizdə Qafqazşünasliq üçün böyük bir potensial oldugunu söyləyib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

JURNALLAR
Faydalı linklər