Xəbərlər
“Kimya Problemləri” jurnali Web of Science bazasına daxil edilib
Noy 16, 2017 | 15:39 / Mühüm hadisələr
Oxunub 663 dəfə

2003-cü ildən nəşr olunan Kimya Problemləri jurnalının ən vacib və əsas məqsədi  dünya elmi ictimayətinin alimlərimizin işləri ilə geniş tanış olması və perspektivdə  jurnalın məhşur elmi informasiya bazalarına daxil edilməsi olub.

Bu istiqamətdə davamlı işlər aparılıb və bu yaxınlara qədər jurnal 15 müxtəlif biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndex Copernicus, e.Library.ru, CYBERLENİNKA, VİNİTİ,  ResearchBib, DRJİ, ULRICHSWEB, SİS,  The Journal İmpact Factor, İİJİF, Science Library İndex,  İAEA|İNİS, WCOSJ, AcademicKeys  (bunlar haqqında jurnalın saytında məlumatlar var).

Dünyada elmi ictimayyət tərəfindən qəbul olunan iki nüfuzlu impakt faktoru hesablayan  elmimetrik baza var - Web of Science (Thomson Reuters)  vəScopus. 2017-ci ildən Web of Scienceartıq ClarivateAnalytics kompaniyasına daxildir. 2014-cü ildən Kimya Problemləri jurnalının redaksiyasıbubazalara  daxil olmaq üçün jurnalın və saytın texniki cəhətdən  bu bazaların yüksək tələblərinə uyğun tərtib edib və jurnalı  Web of Science elmi bazaya ekspertizaya göndərib.

2017-ci ilin oktyabr ayında Kimya Problemləri  jurnalı  Web of Science elmi bazaya daxil edilib.

JURNALLAR
Faydalı linklər