Xəbərlər
Rəngli muncuqların alınması üsulu
Noy 07, 2017 | 13:22 / Maraqlı məlumatlar
Oxunub 599 dəfə

Bəzi metalların birləşmələri natrium-ammonium hidrofosfat NaNH4HPO4⋅4H2O və natrium tetraborat Na2B4O7⋅10H2O duzları ilə birlikdə əridildikdə müxtəlif rənglərdə muncuqlar alınır. Alınan muncuqların rənginə əsasən tədqiq edilən maddənin tərkibində hansı elmentin olması müəyyən edilir. Məsələn: Cr3+ - kationunun duzları yaşıl, Co2+ - kationun duzları tünd göy, Mn2+ - kationun duzları bənövşəyi, Ni2+ - kationun duzları qonurqırmızı muncuqlar əmələ gətirirlər. Alovun rənglənməsi üsulunda platin teli tətbiq edilən narınlaşdırılmış bərk maddəyə bulaşdırıb onu lampanın rəngsiz alovuna yaxınlaşdırırlar. Beləliklə lampanın rəngsiz alovu hər elementin özünə xas olan müxtəlif rənglərə boyanır. Rəngsiz alovun boyandığı rəngə əsasən tədqiq edilən maddənin tərkibində hansı elemetin olması müəyyən edilir. Məsələn: Na+ - duzları rəngsiz alovu sarı, K+ - duzları bənövşəyi, Sr2+ duzları al-qırmızı, Ca2+ duzları kərpici-qırmızı, Ba2+ duzları sarımtıl yaşıl rəngə boyayır.

JURNALLAR
Faydalı linklər