Xəbərlər
Foto
Elmi Şurada “Nano- və elektrokataliz” şöbəsinin hesabatı dinlənildi
Okt 26, 2017 | 12:58 / Konfranslar, iclaslar
Oxunub 1151 dəfə

Bu gün İnstitutun Elmi Şurasında  şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. AMEA-nın müxbir üzvü, İnstitutun direktor müavini  Məhəmməd Babanlı iclas iştirakçılarını gündəliklə tanış edərək  bildirdi ki, bu gün “Nano- və elektrokataliz” şöbəsinin hesabatı dinləniləcək. Sonra qeyd olunan şöbəyə daxil olan “Nanokompozit  katalizatorlar”, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları”, “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar”, “Nanoelektrokimya və elektrokataliz” və “Renium ərintilərinin elektrokimyası  və  elektrokatalizi” laboratoriyalarının rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan aparıcı elmi işçilərin 2017- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. AMEA-nın müxbir üzvü, İnstitutun direktor müavini Məhəmməd Babanlı dinlənilən hesabatlar haqqında tövsiyələrini bildirdi. Sonda hesabatların qəbul olunması haqqında qərar verildi.  

JURNALLAR
Faydalı linklər