Xəbərlər
AMEA-nın Alimlər Evinin direktoru ABŞ-da səfərdə olub
İyl 05, 2016 | 12:00 / Görüşlər
Oxunub 5214 dəfə

AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və Akademiyanın bir qrup əməkdaşı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin xətti ilə ABŞ-da səfərdə olublar.

Məqsəd ABŞ-da elmin təbliği istiqamətində görülən işlərlə tanış olmaq, birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi yollarını müzakirə etmək idi.

AMEA-nın nümayəndələri səfər çərçivəsində ABŞ Dövlət Departamentinin rəsmisi, proqram rəhbəri Tatyana Rodzianko, Nyu-York Alimlər Evinin nümayəndəsi Stefen Uzzo, Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru Anna Devin, Ümumdünya Elm Festivalının prezidenti Cudit Coks, Nyu-York Dövlət Elm və Mühəndislik Mərkəzinin prezidenti Sereme Makkal ilə görüşlər keçiriblər.

Görüşlər çərçivəsində elmin təbliği, gənclərin elmə marağının artırılması istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb, gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.

AMEA Alimlər Evinin direktoru Klivlend şəhərinə də səfər edib. Səfər çərçivəsində o, Klivlend Dövlət Universitetinin rektoru, professor Debbi Cekson, Klivlend Təbiət Tarixi Muzeyi sərgilərinin müdiri Co Alpern, Böyük Göllər Elmlər Mərkəzinin vitse-prezidenti Valensiya Davillier, Botanika Bağının professoru Sandra Albro və Qərb Ehtiyatlar Universitinin nümayəndəsi Cim Baderlə görüşüb.

Bundan başqa, AMEA nümayəndələri Klivlend İncəsənət Muzeyi, Florida Dövlət Universiteti, Mayami Universiteti, Koral-Geybls Muzeyi, Kəşflər və Elm Muzeyində də olublar.

Nuridə Quliyeva keçirilən görüşlər zamanı AMEA-nın Alimlər Evi tərəfindən həyata keçirilən layihələr, təşkil  olunan  sərgilər barədə ətraflı məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq tanınmış ictimai və dövlət xadimləri ilə görüşlər keçirir, alimlərin elmi, ictimai, ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübadiləsi aparmaları üçün şərait yaradır.

JURNALLAR
Faydalı linklər