Xəbərlər
Foto
“Koordinasiya birləşmələri” şöbəsinin hesabatı dinlənildi
Okt 20, 2017 | 12:58 / Konfranslar, iclaslar
Oxunub 994 dəfə

Bu gün Elmi Şurada İnstitutun şöbə və  laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, bu gün “Koordinasiya birləşmələri”  şöbəsinin hesabatları dinləniləcək. Sonra qeyd olunan şöbə üzrə “Molekulyar maqnetiklər və keçiricilər”, “Keçid metalların metalüzvi birləşmələri”,  “Nadir metalların kompleks birləşmələri”, “Metal-klatrat birləşmələri”  laboratoriyaların 2017- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin hesabatları dinlənildi və müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev qeyri-üzvi kimya sahəsində tədqiqat işləri aparan şöbə və laboratoriya rəhbərlərinə növbəti 3 illik iş planları hazırlanarkən innovativ xarakterli elmi-tədqiqat işlərinə üstünlıük verilməsi barəsində təkliflərini verdi. Sonda hesabatların qəbul olunması haqqında qərar edildi. 

JURNALLAR
Faydalı linklər