Xəbərlər
Foto
Hesabatların dinlənilməsinə başlanıldı
Okt 17, 2017 | 12:48 / Konfranslar, iclaslar
Oxunub 1219 dəfə

Bu gün Elmi Şurada  İnstitutun  şöbə və  laboratoriyalar üzrə elmi və elmi - təşkilatı hesabatların dinlənilməsi başlanıldı. Öncə  AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik  Dilqəm Tağıyev Elmi Şura adından AMEA-nın müxbir üzvü Məhəmməd Babanlını Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdi. Akademik, həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən tenderdə qalib olmuş   9-cu sinif kimya dərsliyinin müəllifi,  İnstitutun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru İltifat Lətifovu  da təbrik etdi. Sonra   akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün “Mineral xammalın kompleks emalı”   şöbəsinin hesabatları dinləniləcək. Daha sonra qeyd olunan  şöbə  üzrə  laboratoriyaların  2017- ci ildə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan elmi işlər haqqında laboratoriya rəhbərlərinin , eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı.Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini  verdi. Akademik  bildirdi ki, gələcəkdə  aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Sonda  hesabatların qəbul olunması haqqında qərar verildi.

JURNALLAR
Faydalı linklər