Xəbərlər
Kimyəvi Silahlar
Okt 16, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 796 dəfə

Kimyəvi silahlar 100 mindən çox insanın ölümünə, 1,5 milyon insanın isə yaralanmasına səbəb olub. I dünya müharibəsi illərində və ondan sonrakı dövrdə minlərlə ton kimyəvi silah istehsal edildi. Kimyəvi silahların qadağan edilməsi  və mövcud silahların zərərsizləşdirilməsini nəzərdə tutan 1993-cü ildəki Silahsızlaşma Konferansı tarixi bir dönüş nöqtəsi oldu. ABŞ və Rusiya İkinci Dünya Müharibəsi illərindən sonra 1950-ci illərdə kimyəvi silah istehsalını sürətləndirmişdi. Hesablamalara görə bu ölkələrin sahib olduğu kimyəvi silahlar dünya üzərindəki bütün insanları və digər canlıları öldürə biləcək miqdara çatmışdı. Rusiya 40 min ton, ABŞ isə 31,5 min ton kimyəvi silaha sahib olduğunu bəyan  etdi. Digər  ölkələrin mövcud arsenallarındakı kimyəvi silahlar bunlardan çox daha az idi. Zarin qazı kimi kimyəvi silahların saxlanma müddəti elə də çox deyil. ABŞ və Rusiya üçün bu silahları istifadəyə yararlı vəziyyətdə saxlamaq çox xərc tələb edirdi. Kimyəvi silahlardakı qaz sızmaları, silah anbarlarındakı işçilər və ərazidəki əhalinin həyatı üçün bir neçə dəfə təhlükə yaratdı. Qaz sızmaları və ya kimyəvi maddələrin sıradan çıxması ilə yanaşı, istifadədən kənarda qalan kimyəvi silahları zərərsizləşdirmək də problemlərə səbəb olurdu. Zərərsizləşdirmə prosesi çox bahalı idi və çox vaxt tələb edirdi. Kimyəvi silahlar  zərərsizləşdirilərkən ətraf mühitin çirkləndirilməməsi, işçilərin və ərazidə yaşayanların həyatının təhlükəyə atılmaması vacibdir. Bu səbəbdən təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə saxlanılmalıdır. Kimyəvi silahlar, illər keçdikcə bu  silahlara sahib olan ölkələr üçün getdikcə artan problemlər yaratdı.

ABŞ 1950-ci illərdə ən çox silah istehal edən iki ölkədən biri idi. ABŞ prezidenti. R. Nixonun hakimiyyəti dövründə 1969-cu ildə kimyəvi silahların azaldılmasına başlanıldı. ABŞ ilk əvvəl istifadə müddəti keçmiş kimyəvi silahları okeana atmaq yolu ilə və ya torpağa basdıraraq ləğv etdirdi. Lakin bu üsullar ətraf mühitə zərər verdiyinə görə ləğv olundu və kimyəvi silahların yüksək temperaturda yandırılaraq zərərsizləşdirilməsinə qərar verildi. Bu silahların bir qismini zərərsizləşdirmək üçün 1979-cu ildə ABŞ təcrübə məqsədli bir pilot müəssisə yaratdı. ABŞ 1950-ci illərdə Havay adalarından min kilometrlərlə uzaqda Johnston mərcan adasını nüvə silahlarını sınaqdan keçirmək üçün istifadə edirdi. Daha sonra 1990-cı ildə Johnston mərcan adasında ABŞ-ın ilk böyük kimyəvi silah zərəsizləşdirmə müəssisəsi quruldu. Bu cür müəssisələrdə uzaqdan idarə ediləbilən robot sistemləri ilə roket başlıqları sökülərək, kimyəvi maddələr xüsusi bir qaba keçirildi. Daha sonra xüsusi qabdakı kimyəvi maddələr uzaqdan idarəetmə ilə konvertor bantı üzərində yandırmağa göndərilib 1000 dərəcə temperatura tam şəkildə yanmaları təmin edilir. Boşalmış roket başlıqları və digər metal parçalar da analoji sistemlərlə peçə yerləşdirilib yüksək temperaturda əridilir. Bəzi kimyəvi silahların zərəsizləşdirilməsi üçün döyüş başlığındakı kimyəvi maddələrin üzərinə isti su və ya kaostik sodalı su tökülür. ABŞ-nın kimyəvi sliah anbarları Utha, Arkanzas, Oregon, Kolorado, Alabama, Meiland, İndiana, Kentaki əyalətlədində yerləşir. ABŞ-ın bəyan etdiyi kimyəvi silahların 90%-i məhv edildi. ABŞ-dakı bütün kimyəvi silahlar məhv edildikdə ümumi xərci 30 milyard dollardan çox olacaq. Rusiya 4000-tonluq dünyanın ən böyük kimyəvi silah arsenalını 2002-ci ildən zərərsizləşdirməyə başlayıb. 2013-cü ildə işin artıq 76%-i bitmişdi. Prosesin çox bahalı olması səbəbi ilə Kanada höküməti Rusiyaya 200.000 kanada dolları yardım etmişdi. Rusiya bu vəsait ilə iki əsas silah zərərsizləşdirmə bazasını tamamlamışdır. Rusiya qalan kimyəvi silahların hammısını 2015-ci ildə tamamilə məhv etməli idi. Hindistan 1000 ton olduğunu bəyan etdiyi kimyəvi silahlarının 2009-cu ildə məhv etdi. Yaponiya 1945-ci ildə Çindən topladığı kimyəvi silahları 2010-cu ildə məhv etməyə başladı. Liviyada təqribən 22 ton kimyəvi silah vardı. ABŞ konqresi ABŞ-da hələ də məhv edilməmiş 3000 ton kimyəvi silahın 2017-ci ilə qədər məhv edilməsini tələb edib. Müdafiə nazirliyinin  mütəxəssisləri isə bunu 2023-cü ildən əvvəl başa çatmayacağını bildiriblər. 

JURNALLAR
Faydalı linklər