Xəbərlər
Bilirsinizmi?
Okt 12, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2423 dəfə

Homogen reaksiyaların sürəti reaksiyaya daxil olan maddə molekullarının zaman vahidi ərzində görüşmələrinin (toqquşmalarının) sayından asılıdır. Molekulların toqquşma sayı isə öz növbəsində reaksiyaya daxil olan maddələrin qatılığından asılı olduğu üçün, reaksiya sürəti ilə maddə qatılığı arasında asılılıq aşağıdakı kimi ifadə edilə bilər. Verilmiş müəyyən sabit temperatur şəraitində kimyəvi reaksiyanın sürəti reaksiyay daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir. Sürətlə kütlə arasındakı bu asılılığın xarakteri isveç alimləri Quldberq və Vaage (1867) tərəfindən müəyyən edilmiş və kütlələrin təsiri qanunu adını almışdır. Kütlələrin təsiri qanununa əsasən ümumi mA + nB = pC + qD tənliyi ilə ifadə olunan kimyəvi reaksiyanın sürəti aşağıdakı kimi göstərilə bilər: v= k[A][B]burada v- reaksiyanın sürətini, [A][B] isə müvafiq surətdə AB maddələrinin molyar qatılığını göstərir. k-mütənasiblik əmsalı olub, kimyəvi reaksiyanın sürət sabiti adlanır. k-nın qiyməti reaksiyaya daxil olan maddələrin qatılığından asılı olmayıb, yalnız onların təbiətindən və temperaturdan asılıdır. Kütlələrin təsiri qanunu ideal qaz qanunlarının qaz reaksiyalara tətbiqi həddində və həmçinin çox duru məhlullarda baş verən reaksiyalara bilavasitə tətbiq oluna bilir. Digər şəraitlər üçün isə bu qanunun tətbiqi bir qədər mürəkkəb xarakter daşıyır.

JURNALLAR
Faydalı linklər