Xəbərlər
Bilirsinizmi?
Okt 11, 2017 | 09:30 / Maraqlı məlumatlar
Oxunub 2051 dəfə

Teflon adı hər birimizə tanış olan, mətbəx başda olmaqla gündəlik həyatın bir çox sahələrində geniş şəkildə istifadə etdiyimiz bir plastik materialın adıdır. Teflon istiliyin təsirinə davamlıdır, üzərinədemək olar ki, heçnə yapışmır və heç bir turşu yaxud qələvi tərkibli maddə ilə reaksiyaya daxil olmur. İlk kəşf edildiyi vaxtlarda atom bombası istehsalı və kosmik tədqiqatlar üçün istifadə edildikdən sonra teflon evlərimizə gəldi. Beləliklə, teflon 6 aprel 1938-ci ildə "Du Pont" firmasında çalışan 27 yaşlı kimyaçı Dr. Roy Plunkett tərəfindən kəşf edilib. Gəlin hekayənin bir az əvvəlinə qayıdaq 1919-cu ildə General Motors şirkəti bir soyuducu firmasını satın alıb adını"Frigidayre" qoydu istehsala başladı. 1931-ci ilə qədər soyuducu maddə olaraq propan, ammonyak və kükürd qazı istifadə edilirdi. Bu maddələr təhlükəli olduğu üçün "Frigidayre" firması onların əvəzinəFreon kimi tanınan bir qaz tətbiq etməyi qərara aldı. Bu məqsədləonlar "Du Pont" şirkəti ilə əməkdaşlıq edirdilər. Belə qərara alınmışdı ki, "Du Pont" firması Freon qazlarını tədqiq edib onların xassələrini təkmilləşdirməlidir. 1930-cu ilin ortalarında müəyyən edildi ki, ən yaxşı soyutma xüsusiyyəti Freon-114 birləşməsinəməxsusdur. Məlum olduğu kimi freon və oxşar maddələr flüoro-xloro-karbon tərkibli maddələrdir. Bu tərkibə malik soyuducular dünyanın ozon təbəqəsi üçün təhlükəli olduğundan bu gün istifadəsi qadağan olunub.

Nəhayət gələk teflonun kəşfinə. Teflonun kəşfi freon tipli soyuducu maddənin üzərində aparılan araşdırmalar zamanı baş verdi. "Du Pont" firmasının kimyaçısı Roy Plunkett 1938-ci ildə Tetrafloretilen adı verilən maddəni araşdırırdı. Plunket və onun texniki Cek Rabok son istehsaldan artıq qalan xam maddəni polad balona doldurub ağzını bağladılar və onu -78°C - yə qədər soyutdular. Bir müddət sonra təkrar istehsal üçün balonun ağzını açanda balondan qaz çıxmadı. Balonun çəkisini ölçdülər, məlum oldu ki qaz hələ də içəridə qalmalıdır, amma harda? Təhlükəli olsa da onlar balonu başı aşağı çevirdilər və çölə qaz əvəzinə ağ toz çıxdı. Plunket qaz halında olan maddənin polimerləşmiş olacağını elə ordaca başa düşdü. Beləlikdə teflon artıq kəşf olunmuşdu, indi məsələ ərimə temperaturu belə yüksək olan bir plastik kütlənin harada tətbiq olunacağı idi.

1942-ci ildə ABŞ atom bombası hazırlamaq üçün tədqiqatlar aparırdı. Onların qarşısında duran ən ciddi problemlərdən biri Uranı zənginləşdirmək idi. Belə ki, zənginləşdirmə zamanı məqsəd Uran-235 izotopunun qatılığını 0,7 faiz həddlərinə çatdırmaq idi. Bu proses zamanı qaz halına salınmış xam maddə boru bağlantılarının sıxaclarını əridirdi. Elə bu məqamda teflon özünün ilk tətbiqini tapmış oldu. Layihənin hər mərhələsi gizli olduğu üçün teflonun adı kodlaşdırıldı və K 419 kodu ilə tətbiq olundu. Beləcə teflon hərkəsdən gizlədildi və müharibə dövründə onun varlığı bir sirr kimi saxlandı. Nəhayət 1945-ci ildə müharibə sona çatdı. "Du Pont" şirkəti teflonun sülh dövründə nə məqsəd üçün tətbiq olunması məsələsini araşdırmağa başladı. Müharibə illərində artıq teflona şəkil vermə vəmetal üzlərin teflon ilə örtülməsi üsulları araşdırılmışdı. Beləlikdə"Du Pont" şirkəti ilk olaraq onun çörək sexlərində çörəyi bişirmək üçün qab olaraq istifadəsi ideyası ilə gündəmə gəldi. Bu qabların uğuru 1953-cü ildə bir televiziya reklamında yer aldı və beləcə material ictimayyətin marağına səbəb oldu. Bununla belə "Du Pont" firması 260 dərəcədə əriyən bir materialın ictimayyətə təhvil verilməsinə elə də ağıllı fikir kimi baxmırdı.

Dünyanın digər ucunda isə Mark Qriqor adlı bir fransız mühəndis 1954-cü ildə Alüminium tava və qazanlara teflon üzlük çəkə bilmək metodunu tapdı. O tavaların içini turşu ilə aşındırıb tavanın səthində mikroskopik boyda oyuqlar açırdı. Toz halında olan teflonu tavanın üzünə sürtüb tavanı sobada qızdıranda teflon yubşalıb tavanın üzərində nazık bir qat əmələ gətirirdi. Qriqor 1956-cı ildə Fransada hər gün 100 teflon qab istehsal  edirdi. Teflon və Alüminium sözlərində düzələn "Tefal" adlı bir şirkət də yaratmışdı. Buna baxmayaraq ABŞ və Avropa ölkələri üçün teflon tavalar satılmayan bir mal idilər. 1961-ci ildə varlı və tanınmış bir qadının Amerikadakı "MACY" mağazasından teflon qabı aldığı zaman şəklinin çəkilməsi teflona məhşurluq gətirdi. Bundan sonra teflonun istehsalı artdı. Beləlikdə, inanmaq çətin olsa da bu gün hər birimizin evlərimizdə istifadə etdiyimiz teflon 1938-ci ildən kəşf olunmuş, 40 il bütün dünyadan gizlədilmiş mətbəxlərimizə isə yalnız 1960-cı illərdən sonra daxil ola bilmişdir.

JURNALLAR
Faydalı linklər