Xəbərlər
Moldovanın ölkəmizdəki səfiri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub
İyl 01, 2016 | 11:00 / Görüşlər
Oxunub 5306 dəfə

Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka Milli Azərbaycan Tarixi Muzeyində olub.  

Bu elmi müəssisənin direktoru, akademik Nailə Vəlixanlı qonağa muzeyin fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə hər iki ölkənin muzeyləri arasında əlaqələrin inkişafı, gələcəkdə səyyar sərgilərin təşkili, həmçinin müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb. Görüşün hər iki ölkənin maddi-mədəni irsinin inkişafı, konfrans və seminarların təşkili, elmi tədqiqatların və kadrların təcrübə mübadiləsinin aparılması istiqamətində əhəmiyyətli olacağı bildirilib.

Sonda səfirə muzeyin kitab-albomu hədiyyə edilib.

 

JURNALLAR
Faydalı linklər