Xəbərlər
Bilirsinizmi?
Sen 27, 2017 | 09:20 / Maraqlı məlumatlar
Oxunub 4609 dəfə

Yəqin ki qazlı suların dişlərimiz üçün zərəli olması haqqında eşitmisiz. Gəlin bu məsələni aydınlaşdıraq. Bu həqiqətən düzdürmü?

Aparılan araşdırmalar bu fikri təsdiq edir. Bəli, qazlı sular dişlərimizə zərər verir. Karbonatlı içkilər içmək sizin dişləriniz üçün edə biləcəyiniz ən pis şeydir. Bunun səbəbi qazlı suyun qabarcıqlı və turş xassəli olmasıdır. Qazlı sulara məxsusi dad vermək məqsədi ilə əlavə olunan sitrat turşusu dişlərimiz üçün çox daha təhlükəli ola bilər. O diş minasının tərkibindəki kalsiumu özünə birləşdirir və beləcə dişlərin aşınmasına sənəb olur. Hələ mən şirin qazlı suları demirəm, onlar dişlərə həm ağzımızın pH balansını dəyişməklə, həm də dişlərimizi məhv edən bakteriyaları qidalandırmaqla zərər vururlar. Şəkərsiz və sitratsız qazlı sulardan istifadə etmək də çıxış yolu deyil, belə sular ağızda turşulaşmaya səbəb olmaqla dişlərə pis təsir edir. 

Bəs qazlı suların dişlərimizə vurduğu zərərli təsirini necə azaltmaq olar?

Bunun ən sadə üsulu qazlı su içməməkdir. Yox, əgər siz bundan əl çəkə bilmirsizsə onda çalışın daha az qazlı su için və aşağıdakı məsləhətlərə əməl edin.
- Qazlı su içərkən pipetdən istifadə edin. Beləcə siz onun diş ilə təmasını nisbətən azaltmış olacaqsınız. 
- Yaxşı olar ki, qazlı sulardan yemək zamanı istifadə edin. Qida ilə qəbul edildikdə onun ağızda yaradacağı turşuluq daha az olacaq.
- Mümkündürsə qazlı su içdikdən sonra ağzınızı təmiz su ilə yaxalayın. Bu həm pH balansı qaydasına salacaq həm də ağzımızdakı şəkəri təmizləyəcək.
- Qazlı su içəndən dərhal sonra dişlərinizi fırçalamayın. Düzdür, bu yaxşı fikir kimi görünə bilər, amma nəzərə alın ki, fırça zəifləmiş diş minasına pis təsir edər. Yaxşı olar ki, dişlərinizi qazlı su içdikdən yarım saat sonra fırçalayın.
Qazlı suyun dişlərinizə təsirini müşahidə etmək üçün belə bir təcrübə apara bilərsiniz. Hər hansı dişin qazlı su içində necə əriyib yox olduğunu görmək üçün dişi qazlı suya atıb bir müddət saxlayın. Siz bu məqsədlə toyuq sümüyündən də istifadə edə bilərsiniz. Sümük diş qədər sərt olmasa də kimyəvi cəhətdən onunla oxşardır. Turş mühitin təsirindən kalsiunu itirən sümük tərkibindəki üzvi maddələr hesabına elastik hal alır. Eyni şəraitdə diş isə tamamilə həll olur.

JURNALLAR
Faydalı linklər