Xəbərlər
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Yüksəkpiritli qurguşun konsentratlarının emalı” adlı monoqrafiyası nəşr olunub
Sen 21, 2017 | 12:59 / Nəşrlər
Oxunub 5003 dəfə

Yüksəkpiritli qurguşun konsentratlarının mədən sobasında reduksiyaedici əritmə üsulu ilə fərdi kompleks emalının səmərələşdirilmiş texnologiyası islənib hazırlanmışdır. Oksidləşmə və reduksiya proseslərin kinetikası və mineralların faza dəyişmələri öyrənilmişdir. Reduksiyaedici kimi konversiya olunmuş təbii qaz və təbii qazın su buxarı ilə qarışıgı istifadə olunmuşdur.Yüksəkpiritli qurguşun konsentratlarının kompleks emalını texnologiyasının nəticələrindən sənaye tətbiqində istifadə edilmişdir. Gurğunun istehsalının müasir vəziyyəti , tendensiyaları və inkişaf perspektivləri haqqında məlumat verilmışdir. Monoqrafiya elmi-tədqiqat institutlarının mütəxəssisləri və əlvan metallurgiya müəssisələrinin mühəndis –texniki işçiləri üçün nəzərdə tutulmuşdur. 

E.Teymurova, M.Əhmədov “Yüksəkpiritli qurguşun konsentratlarının emalı”. Palmarium academic publishing. Saarbrücken, Deutschland/Германия - 2017

JURNALLAR
Faydalı linklər