Xəbərlər
Titan və korroziya
Sen 12, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 131 dəfə

Titan korroziyaya qarşı müstəsna dərəcədə davamlıdır. Əgər dəniz suyuna 1mm qalınlıqlı alüminium, monel (pul kəsmək üçün istifadə edilən mis – nikel ərintisi), paslanmayan polad və titan lövhələr daxil etsək, onların taleyi müxtəlif olur. Alüminium lövhə bir neçə gündən sonra boz ləkələrlə örtülür (nöqtəvi korroziya) və 5 aydan sonra tamam dağılır. Monel lövhə aqressiv dəniz suyunun təsirindən tünd yaşıl rəng alır və təxminən bir ildən sonra dağılır. Polad lövhə tədricən pas ləkələri ilə örtülərək dörd ildən sonra tamam dağılır. Qeyd etmək lazımdır ki, dəniz yosunları və balıqqulaqları poladın korroziyasını sürətləndirir. Titan lövhə isə hətta, 1000 ildən (!) sonra da toxunulmaz qalır: yalnız 0,02 mm qalınlığında səth korroziyaya uğramış olur. Korroziyaya davamlılığına görə titan platindən geri qalmır.

Lakin, titanın da «axilles dabanı» var – o, flüorlu birləşmələrdən çox «qorxur». Flüorid turşusunda titan metalı, maqnezium metalı xlorid turşusunda həll olduğu kimi, çox sürətlə həll olur.

 

JURNALLAR
Faydalı linklər