Xəbərlər
Foto
ADNSU-də Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransı öz işinə başlayıb
Sen 11, 2017 | 12:30 / Mühüm hadisələr
Oxunub 7415 dəfə

Bu gün  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə Bakıda Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində ADNSU-nin rektoru, professor Mustafa Babanlı dövlətimizin elmə, təhsilə daim böyük önəm verdiyini bildirdi və Ulu Öndər Heydər Əliyevin  ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla  həyata  keçirildiyini bildirdi. Professor ADNSU-də elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələr, aparılan elmi-tədqiqat işləri  barədə məlumat verərək konfransın əhəmiyyətindən danışdı.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Türkiyənin Sakarya Universitetinin professoru Əhməd Tutar və digər çıxış edənlər təbrik nitqi ilə çıxış edərək  cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolundan bəhs edib, Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransının Bakıda keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayaraq  konfransın iştirakçılarına uğurlar arzulayıblar.

Sayca 3-cü olan Beynəlxalq Türk Dünyası konfransının əsas məqsədi müxtəlif universitetlər, institutlar, elmi  cəmiyyətləri təmsil edən mütəxəssisləri bir platformada toplamaq və onların bu sahədə olan dünyamiqyaslı ideyalarının paylaşmasını təmin etməkdir.

  Qeyd edək ki, ADNSU-nun ev sahibliyi etdiyi  bu beynəlxalq konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya, Qazaxıstan, Türkmənistan, İraq, Pakistan,Qırğızıstan,Əlcəzair, Bosniya və Hersoqovina  və digər ölkələrdən olan 300-ə yaxın alim iştirak edir. Üç gün davam edəcək   beynəlxalq konfransın 5 seksiyası üzrə 100-dən artıq elmi məruzə dinləniləcək və 150-dən artıq poster nümayiş olunacaq. 

Beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialını təqdim etmək məqsədi ilə proqrama müxtəlif mədəni və sosial tədbirlər də daxil edilib. Konfrans iştirakçılarının istəklərindən asılı olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğuna, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna , Qəbələ rayonuna turlar da təşkil olunacaq.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.  

JURNALLAR
Faydalı linklər