Xəbərlər
Müəllif və tərtibatçısı AMEA-nın müxbir üzvü k.ü.e.d., prof., Eldar Zeynalovun “Akademik Bahadur Zeynalov. Həyat yolu - elmin zirvələrinə daimi hərəkətdə və axtarışda” adlı kitabı çap olunmuşdur. Bakı: “Müəllim” nəşriyyatı, 2017, 522 s. Kitabın məsul və texniki redaktoru k.ü.f.d. Elçin Hüseynovdur.
İyl 03, 2017 | 12:38 / Yeni nəşrlər
Oxunub 667 dəfə

Kitab Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki, professor, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əmək­dar elm xadimi Zeynalov Bahadur Qasım oğluna həsr olunub və 100-illik yubileyi ilə əlaqədar yazılıb. Bu kitab, akademikin həyat yolunu, bir şəxsiyyət kimi forma­laş­masını, Böyük Vətən Müharibə­sində keç­diyi keşməkeşli şərəfli yolu, elm səhəsində görkəmli yara­dıcılığını və məhsuldar ictimai fəa­liy­yətini təsvir edir. Əslində, bu kitab böyük həcmli, faktiki və illüs­trativ mate­rialları ilə müşahidə edi­lən geniş avtobioqrafik hekayədir.

Müəlliflər ümid edirlər ki, bu əsər gələcək nəsillər üçün nümünə və bənzərlik mənbəyinə çevriləcək, Azərbaycan xalqının görkəmli insan­­­larının xatirəsini əks etdirən Qızıl Fonda daxil olacaq.

JURNALLAR
Faydalı linklər