Xəbərlər
Lebedev Sergey Vasilyeviç
İyn 09, 2017 | 12:20 / Maraqlı məlumatlar
Oxunub 4789 dəfə

Sovet kimyaçısı, akademik (1932-ci ildən). Əsas elmi tədqiqatları polimerləşmə, izomerləşmə və doymamış birləşmələrin hidrogenləşməsinə həsr olunmuşdur. İlk dəfə alim divinil və allen  sırası diyen karbohidrogenlərinin termiki polimerləşməsinin kinetika və mexanizmini tədqiq etmişdir. İlk dəfə olaraq o, sintetik butadien kauçukun nümunəsini almışdır. Onun “İkili karbohidrogenlərin polimerləşmə sahəsində tədqiqi” adlı kitabı sonradan sənaye miqyasında kauçukun sintezi sahəsində elmi əsas oldu. Alim, metallik natriumun təsiri altında butadienin polimerləşməsi nəticəsində sintetik kauçuk aldı: Lebedev Sergey Vasilyeviç bu kauçukun əsasında rezin və rezin məhsullarının alınması üsullarını işləyib hazırlamışdır. 

JURNALLAR
Faydalı linklər